Amerikanın sığorta hərraclarında işlənmiş avtomobilin alınması prosesi bir neçə mərhələdən keçir. İlk öncə almaq istədiyiniz avtomobilin markasını, modelini, ilini və komplektasiyasını bizə bildirin. Bizim tərəfimizdən bu tələblərə uyğun olan, yaxın vaxtda auksiyonlarda oynanılacaq maşınlar seçilib Sizə təklif olunacaq. Təklif olunan avtomobillər tərəfimizdən araşdırılır, yalnız güclü zədəsi, suda batmış və digər ciddi problemləri olmayan avtomobillər seçilir. Avtomobil seçildikdən sonra auksiyondan öncə hərrac dəyərinin 10% məbləğində hüquqi cəhətdən rəsmiləşdirilmiş qaydada depozit yerləşdirilir. Depozit yalnız o halda geri qaytarılmır ki, müştəri avtomobili auksiyonda udduqdan sonra alış dəyərini ödəməkdən imtina etsin. Belə olduqda auksiyon saytları tərəfindən cərimə olunur və bu məbləğ birbaşa olaraq oraya ödənilir.
Avtomobil seçildikdən sonra auksiyonda oynamaq üçün maksimum qiymət təyin edilir. Yekun qiymət hərracda udacağımız məbləğdən asılıdır. Bunun üçün ilk növbədə siz büdcənizi ( Bakıya qədər olan) qeyd edirsiniz. Bu büdcəyə uyğun olaraq biz hərracda hər bir maşının maksimum neçəyə qədər oynayacağımızı müyyən edirik ki, son nəticədə hərrac vergisi daşınma da qiymətə əlavə olunduqda sizin büdcəni keçməsin.Siz hərrac prosesini video zənglə və ya şəxsən ofisimizə gələrək izləyə bilərsiniz. Avtomobilin alış dəyəri və auksion vergisi avtomobil udulduqdan sonrakı növbəti gün ərzində bank vasitəsi ilə satıcı şirkətə ödənilir.
Avtomobilin alış dəyəri ödənildikdən sonra ən geci 10 gün ərzində satış meydançasından yola salınır və avtomobil 45-90 gün ərzində Gürcüstan limanlarından birinə (əsasən Poti) çatdırılır. Avtomobilin harada olduğu haqqında məlumatı olması üçün müştəriyə izləmə kodu və ya konteyner nömrəsi verilir və müştəri istədiyi zaman bu məlumatı görə bilir. Avtomobil porta çatdıqdan sonra daşınma xərcləri ödənilir. Daşınma xərcləri ştatdan asılı olaraq. Hər bir şəhər üzrə daşınma qimətini saytımızdakı “Hərrac kalkulyatoru” bölməsindən öyrənə bilərsiniz